DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Avropada qazın qiyməti qalxdı

1 dəqiqəyə oxunur

Avropada qazın qiyməti 1000 kubmetr üçün 850 ABŞ dollarını keçib.

Arazmedia.az bu barədə ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün 852 ABŞ dollarına yüksəlib. Gün ərzində ümumi qiymət artımı təxminən 8,5% təşkil edib.

Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 750 ABŞ dolları olub.

Bundan sonra “Qazprom”un 2022-ci ilin birinci və ikinci rübündə Ukrayna və Polşa ərazisindən qaz nəqli üçün əlavə mənbələrin sifarişindən imtina etməsi xəbəri ilə qiymət yenidən qalxmağa başlayıb.