Milli Məclisin deputatından oğurluq olub. Arazmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb. Evdən oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb. E.Mirbəşiroğlu məlumatı təsdiqləyib. O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb: “Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”. Qeyd edək ki, hazırda faktla bağlı araşdrıma aparılır. Share