Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.