DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Peyvənd olunmayan sərnişinlər cərimələnəcək? – DİN-dən AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Peyvənd olunmayan,  yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar”. 

Bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır:

“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”.