Kürdəmir rayon sakinindən “patı” və heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.