DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Almaniya Azərbaycana 300 min tibbi maska göndərdi

1 dəqiqəyə oxunur

Almaniya tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

Arazmedia.az xəbər verir ki, bu barədə ÜST-nin ölkə ofisi məlumat yayıb.

Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.