DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Göyçayda direktor müavinini “tok” vurub ÖLDÜRDÜ

1 dəqiqəyə oxunur

Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Göyçay Rayon Prokurorluğundan  verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.