DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə ilk dəfə pilotsuz hərbi təyyarə istehsal edəcək

1 dəqiqəyə oxunur

Türkiyənin “Baykar” şirkəti yaxın illərdə ilk yerli pilotsuz hərbi təyyarəsini istehsal edə bilər.

Arazmedia.az xəbər verir ki, bunu şirkətin rəhbəri Selcuk Bayraktar “Bayraktar Akıncı” zərbə pilotsuz uçuş aparatının (PUA) Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimində deyib.

O bildirib ki, “Akıncı” PUA-sının hazırlanması üzərində işlər 4 il davam edib. Hazırda hərbi təyyarənin layihələşdirilməsi üçün hazırlıqlar aparılır.

S.Bayraktarın sözlərinə görə, yeni nəsil “Bayraktar TB3” hazırkı TB2 modelindən daha böyük olacaq və hərbi gəmilərin platformasından uçuş və eniş edə biləcək: 

“TB3-ün ilk uçuşunu 2022-ci ildə həyata keçirmək nəzərdə tutulur. Ötən gün orduya təhvil verilən “Akıncı” PUA daha uzun məsafələrə silah-sursat daşımaq gücündədir”.