Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.
Arazmedia.az “Reuters”ə istinadən xəbər verir ki, XİN rəhbəri Mərakeşin Əlcəzairə qarşı “düşmənçilik hərəkətləri” nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Əlcəzair və Mərakeş arasındakı fikir ayrılığı Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi ilə bağlıdır.