DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Prezident açıq mətnlə bəyan etdi ki… – ŞƏRH

3 dəqiqəyə oxunur

Ramiz Yusubov, YAP Qaradağ rayon təşkilatı Aparatının rəhbəri

Prezident İlham Əliyevin Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoymasının bu bölgə üçün iqtisadi, üstəlik, böyük siyasi əhəmiyyəti var. Heç nəyə baxmadan, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə quruculuq işlərini davam etdirir və bu prosesin başında duran İlham Əliyev Qarabağı dirçəltməkdən ilham alır.

Prezident İlham Əliyev Qarabağa səfərlərində bir başqa olur – ürəkli, daha səmimi, yüksək əhval-ruhiyyədə və inamlı. Bütün bu əhval-ruhiyyə də dərhal cəmiyyətimizə inkas olunur və dost-düşmənlərə də pay çatır. Dezinformasiyalar, ideoloji müharibələr hədəfində olan Azərbaycan toplumu sanki özü o bölgələrə səfər etmiş kimi olur və hər dəfə düşmən ölkənin, bədxah qüvvələrin apardıqları kampaniyalar Qarabağdan verilən mesajlarla neytrallaşdırılır.

Prezident səfər zamanı Azərbaycanın bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcəyini açıq mətnlə bəyan etdi. Bildirdi ki, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”.

Azərbaycan torpaqlarını azad etdiyi 8 ayda dövlət sərhədini möhkəmlətmək hədəfini önə çəkib. Prezidentin verdiyi məlumatdan aydın olur ki, sərhəd boyu sərhədçilərimizin yerləşməsi üçün zəruri olan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir: “Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir.