“Saxta peyvənd pasportu alan da, verən də cinayətkardır. Onların hər ikisi cinayət edirlər. Nəticədə isə itirən onlardır”.
Arazmedia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq elm də deyir ki, vaksinasiya effektivdir: “İnanmayanlar bizə desinlər ki, niyə inanmırlar? Bizə də imkan vermirlər ki, biz bu pandemiyadan çıxaq. Heç kəs istəmir ki, pandemiya davam etsin”.