Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur.