Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva bildirib
Onun sözlərinə görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib: “Səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”, – deyə Azərbaycan XİN sözçüsü əlavə edib.