DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Baş prokuror Tacikistan səfiri ilə görüşdü

1 dəqiqəyə oxunur

Dekabr 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.

Baş Prokurorluqdan Arazmedia.az-a verilən məlumata görə, öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Qonağı salamlayan Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı prokurorluğun təşkil etdiyi brifinqlərdə iştirakına görə səfirə təşəkkürünü bildirib.

Hüquq mühafizə orqanlarımız arasında illərdir uğurla davam edən səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilərək cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiyaya qarşı mübarizə va digər istiqamətlərdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Baş prokuror həmçinin ölkə rəhbərliyinin bilavasitə rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq bərpa işləri haqda səfiri məlumatlandırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rustam Soli ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib.

Görüşdə Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri ilə əlaqədar fikir mübadiləsi aparılıb.