Rusiyanın Kurqan əyalətində fərdi yaşayış evində baş verən yanğın zamanı 5 nəfər həlak olub.
Arazmedia.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.
Qeyd edilir ki, hadisə gecə saatlarında Zverinoqolovsk kəndinin Qaqarin küçəsi 54 ünvanında olub. Hadisə yerində iki qadının, bir kişinin və iki uşağın meyitləri aşkar edilib.
Hazırda yanğının başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.