Azərbaycan, Pakistan və Türkiyənin birgə hərbi təlimləri KEÇİRİLƏCƏK
1 dəqiqəyə oxunur
Share
Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş – 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.
Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.
“Üç Qardaş – 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.