Avqusun 11-i saat 10 radələrində Sabirabad rayonun ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.