Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzairə başsağlığı verib.
Arazmedia.az xəbər verir ki, bu haqda məlumatı XİN öz rəsmi tvitter hesabında paylaşıb.
“Əlcəzairdə meşə yanğınları və onların dağıdıcı təsirləri barədə xəbərlər bizi dərindən kədərləndirdi. Meşə yanğınları nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını diləyirik. Bu çətin günlərdə dualarımız dost əfqan xalqı ilədir”, – deyə məlumatda qeyd olunub.