Bu gün Füzuli və Xocavənd rayonlarının ərazisində müharibə zamanı məhv edilən erməni hərbi qulluqçuların axtarış işləri həyata keçirilib. Arazmedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarışlar zamanı 3 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb. Cəsədlərdən ikisi Füzuli, biri isə Xocavənd rayonundan tapılıb. Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək. Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdə 1634 erməni hərbi qulluqçunun cəsədi aşkar edilib. Share