Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb. Arazmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, nazirliyə 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Share