Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
.XXX
17:54
Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyə nail olmaq naminə əməkdaşlıq barədə razılığa gəliblər.
Arazmedia.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının liderlərin telefon danışığı barədə açıqlamasında qeyd olunub.
“Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron regionda sabitliyin möhkəmlənməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd olunub.