Koronavirus pandemiyası başlayandan bu günədək Avropa ölkələrində yoluxanların sayı 60 milyon nəfəri ötüb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun fövqəladə hallar üzrə direktoru Dorit Nitsan deyib.
Adıçəkilən səlahiyyətli bildirib ki, bu müddət ərzində koronavirusdan ölənlərin sayı 1,2 milyon nəfərdən çox olub.
Hazırda Avropa ölkələrinin əsas hədəfi prioritet qruplar hesab olunan 60 yaşdan yuxarı şəxslərin, səhiyyə sistemində çalışanların peyvəndlənməsini sürətləndirməkdir.