DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Siyasət

Ceyhun Bayramov Vladanka Andeyevanı qəbul etdi

1 dəqiqəyə oxunur

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib.

Arazmedia.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.

Vladanka Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib.

Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.