Ermənistanda parlamentin 8-ci çağırışının ilk iclası başlayıb.
Arazmedia.az “sputnik armenia”-ya istinadən xəbər verir ki, bu parlament 71-i Vətəndaş Müqaviləsi Partiyasının, 29-u “Ermənistan” blokunun, 7-si isə “Şərəf duyuram” blokunun üzvlərindən ibarətdir. Yeni parlamentin 107 üzvü var. Bundan əvvəlki parlamentin 132 üzvü olub.
Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” və sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” blokları da parlamentə düşüb.