DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ermənistanda yeni parlamentin ilk iclası başlayıb

1 dəqiqəyə oxunur

Ermənistanda parlamentin 8-ci çağırışının ilk iclası başlayıb.

Arazmedia.az “sputnik armenia”-ya  istinadən  xəbər verir ki,  bu parlament 71-i Vətəndaş Müqaviləsi Partiyasının, 29-u “Ermənistan” blokunun, 7-si isə “Şərəf duyuram” blokunun üzvlərindən ibarətdir. Yeni parlamentin 107 üzvü var. Bundan əvvəlki parlamentin 132 üzvü olub.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” və sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” blokları da parlamentə düşüb.