DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Andrey Şevçenko Ukrayna millisindən ayrıldı

1 dəqiqəyə oxunur

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko gözlənilməz qərara imza atıb.

Arazmedia.az  xəbər verir ki, 45 yaşlı mütəxəssis postundan ayrılıb.

Şeva Ukrayna Futbol Assosiasiyası ilə başa çatan müqaviləsini yeniləməmək qərarına gəldiyini açıqlayıb: “Yığmada işlədiyim 5 ildə müasir futbol oynamaq iqtidarında olduğumuzu göstərdik. Ukrayna millisində çalışmaq imkanına görə hər kəsə, bütün oyunçulara minnətdaram. Dəstək və tənqidlərə görə də bütün azarkeşlərə təşəkkür edirəm”.

Şevçenko klub çalışdırmaq arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Ukrayna millisi ötən ay başa çatan AVRO-2020-də 1/4 final mərhələsinə qədər irəliləyib.