Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb.
Arazmedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq.
Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq.
ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya)
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.