Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb. Arazmedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq. Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq. ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya) “Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya) “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) “Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç) Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək. Share