Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 35 nəfər həyatını itirib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 229 582 nəfər test edilib, onların 6918-nin koronavirus testi pozitiv nəticə verib, 5084 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 62 224 821 peyvəndin tətbiq edildiyi qeyd olunub.