DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Koronavirusdan ölüm halı qeydə alınmayıb

1 dəqiqəyə oxunur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 233 nəfərdir.

Ölkədə son sutka ərzində 3867, hazırkı dövrədək isə 6 735 182 test aparılıb.