DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ələt qəsəbəsində Şəhid Zaur Qurbanovun anım günü tədbiri keçirildi

2 dəqiqəyə oxunur

Ələt qəsəbəsində Şəhid Zaur Qurbanovun anım günü tədbiri baş tutub


27.01.2026-cı il tarixində Ələt qəsəbəsində Birinci Qarabağ müharibəsində şərəflə iştirak etmiş, Vətən uğrunda canını fəda etmiş Şəhid Zaur Qurbanovun anım günü tədbiri baş tutub.

Arazmedia.az Uzun illərdən sonra ilk dəfə olaraq Şəhidin adını daşıyan mədəniyyət evinin ərazisində keçirilən tədbir qəsəbə sakinlərinin böyük diqqəti və iştirakı ilə yadda qalıb.
Qeyd edək ki, tədbirin keçirildiyi ərazi qəsəbə sakinlərinin maddi, mənəvi və fiziki dəstəyi hesabına abadlaşdırılıb. Anım mərasimində qəsəbə sakinləri, ağsaqqallar, Şəhid ailələri, 14 saylı Bakı Peşə Məktəbinin kollektivi, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azyaşlı məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər və çıxışlar tədbir iştirakçılarına dərin mənəvi təsir bağışlayıb.
Mərasimin sonunda 45 illik pedaqoji təcrübəyə malik müəllimə Xanıgül Rəhimova və digər müəllim kollektivi çıxış edərək Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinin mövcud vəziyyətinə diqqət çəkiblər. Onlar mədəniyyət evinin təmiri və abadlaşdırılması üçün ölkə rəhbərliyinə müraciət edərək, sözügedən əraziyə dəstək göstərilməsini xahiş ediblər.
Bir daha bildiririk ki, Ələt qəsəbəsində yerləşən və Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evi hazırda çox bərbad vəziyyətdədir. Sözügedən ərazi “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Uzun illərdir aidiyyəti quruma edilən müraciətlərə baxmayaraq, bu günə qədər hər hansı müsbət nəticə əldə olunmayıb.