DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağda Heydər Əliyevin anım mərasimi keçirildi

1 dəqiqəyə oxunur

12 dekabr 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.  

Arazmedia.az xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib. İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə gül dəstələri qoyublar. 

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildiriblər. 

Rayonun  bütün qəsəbələrində yerləşən məscidlərdə Ulu öndərin ruhuna dualar oxunulub.