DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Ehtiyac meyarının həddi 15 manat artırılıb

1 dəqiqəyə oxunur

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib.

Arazmedia.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib. Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddi 15 manat, yəni təxminən 5,26 % artırılıb.Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.