DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Mədəniyyət

Mədəniyyət Nazirliyində konfrans keçirilib

1 dəqiqəyə oxunur

Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin müəllimlərinin 1-ci konfransı keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov musiqi təhsili müəssisələrinin fəaliyyət göstəriciləri üzrə 5 illik analitik təhlili və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin kollegiya Qərarına əsasən təsdiq edilmiş İncəsənət məktəb və mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Təlimat və Təris planı ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.

Nazirliyin Aparat rəhbəri Kamandar Ələkbərov ölkədə tədbiq olunan musiqi təhsili müəssisələrinin təhsilverənlərinin attestasiya məsələsi ilə bağlı çıxış edərək 2026-cı ildə keçiriləcək attestasiyanın şərtləri və zəruri hazırlıq məsələləri barədə danışıb. Sonra Nazirlik aparatının əməkdaşı Həcərxanım Məmmədova 2025-2026-cı tədris ilindən tətbiq olunacaq İncəsənət Məktəblərinin Elektron Məlumat Sisteminin (İMES) istifadə qaydaları və nəzarət mexanizmi haqqında ətraflı məlumat verib.Sonda konfransın müzakirəsində olan məsələlərlə bağlı müəllimlərin sualları cavablandırılıb.

Saleh Çağdaş Arazmedia.az