DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Mədəniyyət Nazirliyinə müvəqqəti sözçü təyin olundu

1 dəqiqəyə oxunur

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdir təyin olunub.

Arazmedia.az xəbər verir ki, bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.

Məlumata görə, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə sosial məzuniyyətə çıxıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini isə qurumun böyük məsləhətçisi Fariz Hüseynli icra edəcək.