Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçını keçirəcək. Arazmedia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək. Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq. Share