
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXII tura yekun vurulacaq. Arazmedia.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.Hazırda Ağdam təmsilçisi 50 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 16 xalla sonuncu – 10-cu pillədə yer alıb.Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Sumqayıt”ı 1:0, “Sabah” “Turan Tovuz”u, “Neftçi” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “Kəpəz” görüşü isə qolsuz heç-heçə ilə başa çatıb