
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Məmmədov və N.Cümşüdov saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, maddi sübutlara birlikdə istintaqa təhvil verilən şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.