olan lider idi. Onun apardığı islahatlar yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, sosial rifahın yaxşılaşdırılmasını, xalqın gündəlik problemlərinin həllini də əhatə edirdi. O, hər bir vətəndaşın qayğısına qalır, cəmiyyətdə sosial ədalətin təmin olunmasına çalışırdı.
Bu günümüzə uzanan irs və davamlı inkişaf
Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətçiliyi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi zəfər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik ideyasının əsl təcəssümüdür.
Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin uzaqgörənliyini və müdrikliyini bir daha təsdiq edir. O, yalnız bir dövrün lideri deyil, həm də millətimizin gələcəyini təmin edən ideyaların müəllifidir. Onun yaratdığı milli ideologiya, hüquqi baza və iqtisadi islahatlar Azərbaycanın sabitliyinin və inkişafının zəminini təşkil edir.
Heydər Əliyevin tarixi missiyası
Heydər Əliyevin həyat fəlsəfəsi onun millətinə, dövlətinə və gələcək nəsillərə bəslədiyi sonsuz sevgi ilə zəngindir. O, yalnız dövlət quruculuğu ilə kifayətlənmədi, həm də xalqına ruh verdi, ona inam aşıladı. Xalqın liderə olan sevgisi də təsadüfi deyil. Çünki Heydər Əliyev hər bir azərbaycanlının qəlbində ümid çırağı yandırdı.
Hər il 12 dekabrda Heydər Əliyevin anım günü qeyd olunarkən, onun xalqımızın tarixi üçün nə qədər böyük əhəmiyyət daşıdığı bir daha yada düşür. Bu gün Heydər Əliyev adı sadəcə bir dövlət başçısı kimi deyil, xalqın qəlbində əbədi iz buraxan lider kimi yaşayır.
Heydər Əliyev irsi əbədiyaşardır. Onun qurub-yaratdığı müasir Azərbaycan, xalqımıza qoyduğu mənəvi miras və onun ideyaları gələcək nəsillərin inkişafına işıq saçmağa davam edəcəkdir. Ümummilli Liderin xatirəsi və əməlləri hər bir azərbaycanlı üçün bir iftixar mənbəyidir.
Ümummilli Liderimizi dərin hörmətlə anır, tanrıdan rəhmət diləyirik!
İsmayıl Nadirxanlı