DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Trampla müharibə daha tez bitəcək” – Zelenski

1 dəqiqəyə oxunur

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, indiki Co Bayden administrasiyası ilə müqayisədəABŞ-nin gələcək prezidenti Donald Trampın administrasiyası dövründə müharibə daha tez başa çatacaq.

Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, onunla Tramp arasında konstruktiv qarşılıqlı əlaqə yaranıb. “Mən bizim mövqeyimizə zidd heç nə eşitməmişəm”, – deyə Ukrayna lideri qeyd edib.

Bundan əvvəl Amerika mediası Ukrayna cəmiyyətinin Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərindən məyus olduğunu yazıb. Bir çox ukraynalılar hesab edirlər ki, Baydenin siyasəti Ukraynaya minimum səviyyədə sağ qalmaq üçün kifayət qədər imkan verib, lakin qələbə qazanmaq və ya danışıqlarda mövqeyini gücləndirmək üçün bu kifayət deyil.