Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib.
Arazmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda “Azərreyl” və “Xilasedici” kollektivləri üz-üzə gəliblər.
Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.
Qeyd edək li, “Azərreyl” yarımfinalda “Murov Az Terminal”ı, “Xilasedici” isə “Neftçi”ni üstələmişdi