DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Portuqaliya qələbə qazandı, İspaniya xal itirdi

1 dəqiqəyə oxunur

Futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Arazmedia.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan – İsveç (1:3) oyunu ilə yanaşı, 8 qarşılaşma keçirilib. A Liqasında Danimarka İsveçrəni 2:0, Portuqaliya Xorvatiyanı 2:1, Polşa Şotlandiyanı 3:2 hesabı ilə məğlub edib. İspaniya – Serbiya görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Azərbaycan millisinin yer aldığı C Liqasında Slovakiya Estoniyadan 1:0, Şimali İrlandiya Lüksemburqdan 2:0 üstün olub. Belarus və Bolqarıstan komandaları arasında qarşılaşma qolsuz yekunlaşıb. D Liqasında isə bir görüş baş tutub. San-Marino doğma meydanda Lixtenşteyni məğlub edib – 1:0. Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyunları sentyabrın 8-dən 10-dək, oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək keçiriləcək.