Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Arazmedia.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə səfərdə qarşılaşıb.
İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.
“Qarabağ” ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək