Fransada 15 yaşlı yeniyetmə İsrail prezidenti İsaak Hersoqa qarşı onlayn hədə-qorxu ilə bağlı saxlanılıb.
Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə valideynləri ilə birlikdə Parisin İvri-sür-Seyn qəsəbəsində yaşayır.
Qeyd olunur ki, o, Olimpiya oyunlarının açılışı üçün Parisdə olan hersoqu hədələdiyini etiraf edib.
Məlumata görə, təhlükəni vilayət polisinin antiterror bölməsi araşdırıb.