Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qazaxıstana gedib.
Arazmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kreml xatırladıb ki, iyulun 3-4-də təşkilata üzv ölkələrin liderləri gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcək, həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
İclasın sonunda Astana Bəyannaməsi və digər sənədlər imzalanacaq.