Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində digər ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Arazmedia.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Xüsusilə, iyulun 3-də – protokol tədbirlərinin başlanmasına bir gün qalmış Azərbaycan prezidenti – İlham Əliyev, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Prezidenti Si Cinpin və Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar planlaşdırılır. Sammit iştirakçılarının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşü gözlənilir.