Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək. Arazmedia.az xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib. Alınan qərarlara əsasən, Premyer Liqada 2024-2025 mövsümündə komanda sayında heç bir dəyişiklik olmayacaq. Belədə, “Qəbələ”nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Share