DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağda Novruz şənliyi təşkil olundu

2 dəqiqəyə oxunur

Bu gün Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olunub. 

Arazmedia.az  xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatı Səbinə Xasayeva, Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və  ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi münasibəti ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov  rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri birgə bayram tonqalını yandırdı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşaiyət edib. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etdi, məktəblilər şeir oxudular, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. At belində çaparların və xoruz döyüşdürənlərin hərəkətləri maraqla izlənilib. 

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb, bağça və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq ediblər. 

Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırıb. 

Tədbir rəngarəng bayram konserti  ilə davam edib.