“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Arazmedia.az xəbər verir ki, danimarkalı forvard ötən ay 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 21 yaşlı forvard bu mükafatı qazanan ilk danimarkalıdır.