ABŞ-nin Texas ştatında Milli Qvardiyaya məxsus helikopter qəzaya uğrayıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.
Hadisə Meksika ilə sərhədə yaxın La-Qrulla şəhərində baş verib.
Məlumata görə, helikopter federal tapşırıqla Sərhəd Patrul xidmətini yerinə yetirirdi.